Disable Preloader

Xəbərlər

Polis əməkdaşı kunq-fu sanda üzrə dördqat dünya çempionu olub



Rumıniyada kunq-fu sanda üzrə dünya çempionatı keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat: 15 ölkədən 300-dən çox idmançının qatıldığı mötəbər yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

Azərbaycan yığma komandasının tərkibində təmsil olunan Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Şənlik Talıbov inamlı mübarizə aparıb.

Təmsilçimiz çəkisi 85 kiloqramadək olan idmançılar arasında üç döyüş keçirib. Bolqar idmançı ilə qarşılaşan Ş.Talıbov döyüşə üstünlüklə başlayıb və sonadək bu tempi davam etdirib. Daha sonra rumın və macar rəqiblərini də məğlub edən idmançımız qızıl medal qazanıb. Bununla da idmançımız dünya çempionatlarındakı qızıl medallarının sayını 4-ə çatdırıb.